Qvardiola “Çelsi”nin mərkəz müdafiəçisini istəmir
30.07.2013 - 23:07
Qvardiola “Çelsi”nin mərkəz müdafiəçisini istəmir
“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən, “Çelsi”nin mərkəz müdafiəçisi David Luis haqqında çıxan transfer xəbərlərinə də münasibət bildirib.

Onun transfer planlarında belə variantlar yoxdur: “Luis “Bavariya”ya keçməyəcək. Mən bunu əminliklə deyirəm ki, o, Münhen klubunun heyətində olmayacaq. Komandamızda artıq dörd-beş mərkəz müdafiəçi var. Çıxan xəbərlərdə həqiqət yoxdur. Bunlar sadəcə, şayiələrdən ibarət məlumatlardır”.

Qeyd edək ki, braziliyalı futbolçunun Münhen təmsilçisinə transfer olunması xəbəri “Bavariya”nın Almaniya Superkubokunda Dortmund “Borussiya”sına 2:4 hesabı ilə məğlub olmasından sonra çıxıb.