Abışovun komandasının “Randers”lə başlama saatı açıqlandı
31.07.2013 - 02:35
Abışovun komandasının “Randers”lə başlama saatı açıqlandı
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rubin” – “Randers” matçının başlama saatı bəlli olub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Tatarıstan klubunun Danimarka təmsilçisi ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start verəcək.

Avqustun 8-də Kazan şəhərinin mərkəzi stadionunda baş tutacaq qarşılaşmanı isə 29 yaşlı şotlandiyalı referi Kevin Klansi idarə edəcək.

Qeyd edək ki, avqustun 1-də Danimarkada keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Bu matçda isə ispaniyalı hakim Fernando Teixeyra fit çalacaq.