Devid Bekhemin növbəti kitabı çıxır
31.07.2013 - 03:05
İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem oktyabr ayında tərcümeyi-halının yeni formasını hazırlayacaq. Apasport.az saytının məlumatına görə, “La Qarde” nəşriyyatında çap olunacaq kitab veteran futbolçunun karyerasını PSJ-də başa vurmasının beşinci avtobioqrafiyası olacaq.
“Mançester Yunayted”in tərkibində Çempionlar Liqasında oynayan və titullar qazanan yarımmüdafiəçi 6 dəfə İngiltərə çempionluğunu, 2 dəfə ölkə kubokunu qazanıb. Bekhemin titulları bununla bitmir. Belə ki, tanınmış futbolçu “Real”, PSJ və “Los-Anceles Qalaksi” klubları ilə də ölkə birinciliyinin sahibi olub.

0
0