“Fənərbaxça” səfərdə heç-heçə etdi
01.08.2013 - 00:38
“Fənərbaxça” səfərdə heç-heçə etdi
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə 5 qarşılaşma keçirilib.

Azərbaycanlı futbol azarkeşlərinin diqqəti isə Avstriyaya yönəlib. Belə ki, Zalsburqda yerli “Austriya” ilə qardaş Türkiyənin “Fənərbaxça” klubu qarşılaşıb.

Maraqlı keçən matçda qalib müəyyənləşməyib – 1:1. İlk qolu isə meydan sahibləri vurub. 68-ci dəqiqədə Alan yerli azarkeşləri sevindirib. Lakin oyuna əlavə edilmiş 5-ci dəqiqədə Raul Meyreleş komandasını məğlubiyyətdən xilas edib.

Digər görüşlərdə də APOEL “Maribor”la, “Molde” (Norveç) Legiya” ilə heç-heçə edib – 1:1.

“Ludoqorets” “Partizan”a, və “Seltik” “Elfsborq”a minimal hesabla qalib gəlib.

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)
30 iyul

“Şaxtyor” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) - 3:0
Qollar: Dzidiç, 8, Murtazayev, 79, Xijniçenko, 90

“Austriya” (Vyana, Avstriya) - “Hafnarfyordur” (İslandiya) - 1:0
Qol: Royer, 25

“Dinamo” (Gürcüstan) - “Styaua” (Rumıniya) - 0:2
Qollar: İanku, 64; 83

“Nomme Kalyu” (Estoniya) - “Viktoriya” (Çexiya) - 0:4
Qollar: Çisovski, 2; 52, Duris, 77, Heyda, 90

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:0
Qol: Stokker, 39

“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya) - 0:1
Qol: Kerjakov, 49

PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna) - 0:2
Qollar: Deviç, 43-pen; 72

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şerif” (Moldova) - 1:0
Qol: Rukavina, 89

PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika) - 2:0
Qollar: Depay, 61, Lokadiya, 75

“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə) - 1:0
Qol: Bisevaç, 64


31 iyul

APOEL (Kipr) - “Maribor” (Sloveniya) -1:1
Qollar: Qonçalves, 21 - Tavares, 64

“Molde” (Norveç) - “Legiya” (Polşa) - 1:1
Qollar: Çima, 29 - Dvalişvili, 68

“Ludoqorets” (Bolqarıstan) - “Partizan” (Serbiya) - 2:1
Qollar: Marselo, 53, Aleksandrov, 67 - Markoviç, 49

“Zalsburq” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə) - 1:1
Qollar: Alan, 68 - Baroni, 90+4-pen

“Seltik” (Şotlandiya) - “Elfsborq” (İsveç) - 1:0
Qol: Kommons, 76