“Porto”nun hücumçusu “Napoli”nin hədəfində
31.07.2013 - 04:20
“Porto”nun hücumçusu “Napoli”nin hədəfində
“Napoli” transfer çalışmalarını davam etdirir. Apasport. az saytının məlumatına görə, Edinson Kavanini PSJ-yə satan İtaliya klubu bu dəfə “Porto”nun futbolçusu Cekson Maritnesi hədəfə alıb.

Heyətinə Qonsalo İquain, Jose Kalehon, Raul Albiol kimi ulduzları qataraq adından söz etdirən Neapol təmsilçisi, artıq kolumbiyalı hücumçu ilə bütün şərtlər çərçivəsində razılaşıb.

Klub rəsmiləri də bildiriblər ki, Ceksonla italiyalılar hərtərəfli anlaşıblar. Maritnesin meneceri isə “Napoli”nin futbolçu ilə tamamilə razılaşdığını bildirib. Lakin “Porto” oyunçusunu satmaq istəmir.

Qeyd edək ki, İtaliya mətbuatı “Napoli”nin Portuqaliya təmsilçisinə 32 milyon avroluq təklif göndərdiyini, lakin qarşı tərəfin qəbul etmədiyini yazıb. Digər məlumatda isə 2012-ci ildən “Porto”nun formasını geyinən 26 yaşlı futbolçunun italyanlarla 2 milyon avro qarşılığında 5 illik müqavilə bağladığı bildirilir.