Neymar “Barselona”nın heyətində ilk oyununu keçirdi
31.07.2013 - 05:00
Neymar “Barselona”nın heyətində ilk oyununu keçirdi
“Barselona”nın yeni transferi Neymar komandasının heyətində debüt edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu Polşanın “Lexiya” klubu ilə keçirilən yoldaşlıq oyunda ilk dəfə Kataloniya təmsilçisinin formasını geyinib.

Braziliya millisinin üzvü matçın 79-cu dəqiqəsində çilili forvard Aleksis Sançesin yerinə meydana daxil olub.

Qeyd edək ki, Qdanskda baş tutan oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 dəfə fərqlənərək, meydandan sülhlə ayrılıb – 2:2. Ev sahiblərinin heyətində Yaroslav Benyukla Pyotr Qjelçak fərqlənib. “Barsa”nın qollarına isə Serxi Roberto ilə Lionel Messi imza atıb.