Yığmamızın müdafiəçisi 64 dəqiqə oynadı
31.07.2013 - 05:43
Milli komandamızın üzvü olan Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi sözügedən ölkədə dördüncü yoxlama oyununu keçirib.
Son yerli çempion olan Vyana “Austriya”sını məğlub (3:1) edib, “Viner”lə (1:1) bərabərə qalan və “Kasımpaşa”ya (1:0) uduzan Ufukun komandası bu dəfə Macarıstanın “Soproni” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Görüşdə qalib müəyyənləşməyib – 2:2. Əskişəhərlilərin qollarına isə Əbdüləziz (73) və Sezgin (75) imza atıb.
Ötən oyun qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyən Budaka bu dəfə baş məşqçi Ərtoğrul Sağlam start heyətdə şans verib. Yığmamızın müdafiəçisi görüşün 64-cü dəqiqəsində Fatihlə əvəzlənib.
Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 2 yoxlama oyunu keçirəcək.

0
0