Paytaxt klubunda 9-cu transfer
31.07.2013 - 09:06
Bakının "Rəvan” klubu daha 1 futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı legionerlə 1 illik saziş imzalanıb. Hazırda İsveçdə olan və Bakıya gəlməyə hazırlaşan Sebastyan karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.
Qeyd edək ki, "Rəvan” buna qədər 8 oyunçunun transferini gerçəkləşdirmişdi. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komanda Bakıya qayıtdıqdan sonra Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə

0
0