“Skenderbeu” “Neftçi”ni necə keçib?
31.07.2013 - 09:12
“Skenderbeu” “Neftçi”ni necə keçib?
“Skenderbeu” ilə oyunun gedişində məndə belə fikir yaranırdı ki, bu komanda “Neftçi”ni necə keçib?” Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Şaxtyor” klubunun futbolçusu Aldin Cidiç deyib.

Karaqanda təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubu ilə üzləşib. Öz meydanında keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gələn qazaxıstanlılar məhz Aldinin vurduğu qolla qələbənin təməlini qoyub.

Aldin üçün də Albaniya çempionunun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış “Neftçi”dən üstün olmağı gözlənilməz olub: “Həqiqətən də matç zamanı bunu düşünürdüm. Mənə elə gəlir ki, “Skenderbeu” “Neftçi”ni öz kompakt və cəmləşmiş oyunu ilə keçib. Hesab bizim inamlı qələbə qazandığımızı göstərir. Fikrimcə, tez qol sayəsində buna nail olduq. Çempionlar Liqasının qrup mərhələsində oynamış ilk Qazaxıstan komandası olmaq istərdik”.