Azərbaycan klubuna “yox” deyib, “Styaua”ya keçdi
31.07.2013 - 09:20
Azərbaycan klubuna “yox” deyib, “Styaua”ya keçdi
Rumıniya milli komandasının futbolçusu Adrian Kristeanın çıxış edəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Petrolul”la müqaviləsi başa çatan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin ən titullu klubu olan “Styaua”ya keçib.

Son yarım ili Belçikanın “Standard” klubunda keçirən Kristea Buxarest təmsilçisinə keçməzdən əvvəl seçim etməli olub. Adı açıqlanmayan Azərbaycan klubu ilə danışıqlar aparan rumıniyalı sonda “Styaua”ya keçməyə üstünlük verib. Onun seçimində “Styaua”nın Çempionlar Liqasında mübarizə aparması da rol oynayıb.

Qeyd edək ki, son 3 ildə dəfələrlə Azərbaycan klubuna transferi gündəmə gələn Kristeanın keçidinin gerçəkləşməsinə hər dəfə bir səbəb mane olur.