Mirel Yosa “Neftçi” ilə “Şaxtyor”u müqayisə etdi
31.07.2013 - 09:29
Mirel Yosa “Neftçi” ilə “Şaxtyor”u müqayisə etdi
Albaniyanın “Skenderbeu” klubunun baş məşqçisi Mirel Yosa “Neftçi” ilə “Şaxtyor” arasında müqayisə aparıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində bakılıları kənarlaşdıraraq, Karaqanda təmsilçisinə ilk oyunda 0:3 hesabı ilə uduzan Korça klubunun çalışdırıcısı fərqli rəqiblərlə üzləşdiklərini bildirib.

Onun sözlərinə görə, komandamız futbolçularının fərdi oyunu ilə seçilir: “Neftçi”də oyunçular fərdi planda güclü, texnikalıdır. “Şaxtyor” əsl komandadır. Bu, futbolda vacibdir ki, komandada vəhdət var”.