Tacikistan millisinin müdafiəçisi ölkəmizdə çıxış edə bilər
31.07.2013 - 10:07
Tacikistan millisinin müdafiəçisi ölkəmizdə çıxış edə bilər
Usim Ndukanın komandanı tərk etməsindən sonra AZAL mərkəz müdafiəçisi axtarışlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” bir müddət komandada baxışda olan Tacikistan millisinin üzvü Sahib Savankulovu heyətə qatmaq qərarına gəlib. Şəxsi işlərini yoluna qoymaq üçün ölkəsinə yola düşən 24 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə bağlanması gözlənilir.

Qeyd edək ki, Savankulov AZAL ilə müqavilə bağlasa, Premyer Liqamızda çıxış edən ilk tacikistanlı futbolçu kimi tarixə düşəcək.