Foqtsun istefaya göndərildiyi matçın iştirakçısı “Qarabağ”ın oyununda
31.07.2013 - 10:20
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə oyunlara təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ağdamlıların sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk matçda Nikolas Rayvillə Stefan Luzi, Cemel Zituni, Sebastyan Deseg yardımçı olacaq. Hakimlərin işinə finlandiyalı hakim-inspektor Kay Natri qiymət verəcək. UEFA nümayəndəsi gürcüstanlı İrakli Nakadzedir.
Avqustun 8-də İsveçdə keçiriləcək cavab oyununda isə isveçrəli Stefan Klossnerin başçılıq etdiyi hakimlər briqadasına Remi Zqraggen, Vital Jobin və Alan Byeri daxildir. Hakim-inspektor norveçli Rune Pedersen, UEFA nümayəndəsi albaniyalı Bujar Kasmidir.
Qeyd edək ki, tanınmış hakimlərdən olmuş Pedersen millimizin 1994-cü ildə Fransa yığmasına 0:2 hesabı ilə uduzduğu və bundan 4 il sonra Berti Foqtsun Almaniya yığmasından istefaya göndərildiyi Xorvatiya millisinə 0:3 hesabı ilə dünya çempionatının 1/4 final mərhələsinin matçını idarə edib.

0
0