“Qarabağ”ın İsveçə gedəcəyi tarix məlumdur
31.07.2013 - 11:11
“Qarabağ”ın İsveçə gedəcəyi tarix məlumdur
Ölkəmizi Avroliqada təmsil edən “Qarabağ”ın İsveçə gedəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu oyunun keçiriləcəyi Sundsvall şəhərinə avqustun 6-dan 7-nə keçən gecə yola düşəcək. Komanda bu şəhərə birbaşa çarter reysi ilə gedəcək.

Qeyd edək ki, Avqroliqanın III təsnifat mərhələsinin cavab qarşılaşması olan “Gefle” – “Qarabağ” oyunu avqustun 8-də baş tutacaq.