Uli Ştaynın “Arminya”ya qayıdışı reallaşır
31.07.2013 - 12:18
“Arminiya” klubunun rəhbərliyinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda II Bundesliqada çıxış edən Bilefeld təmsilçisinin durumu müzakirə olunub. Nəticədə klub rəhbərliyi istefa verib. “Arminiya”nın prezidenti Volfqanq Brinkmann, həmçinin 2 vitse-prezident, baş direktor və kommersiya direktoru postundan ayrılıb.
Klub rəhbərliyindəki bu ciddi islahatlar Azərbaycan millisinin almaniyalı məşqçisi Uli Ştaynın qarşısında “yaşıl işıq” yandırıb.
Belə ki, klubun əfsanələrindən olan mütəxəssis yenidən prezident postuna 1 nömrəli namizədə çevrilib. Hələ 2 il əvvəl də “Arminiya”nın başına məhz onun keçəcəyi gözlənilirdi. Lakin həmin vaxt kubun sabiq qapıçısının Bilefeld təmsilçisinə yeni ampluada dönüşü gerçəkləşməmişdi.
Qeyd edək ki, Ştayn 2008-ci ildən Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun qapıçılarla işləyən köməkçisidir.

0
0