Messini “yandıran” qadın
31.07.2013 - 12:29
Messini “yandıran” qadın
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi dünya mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, Argentinanın “Pronto” jurnalı futbolçunun sarışın qadınla şəkillərini dərc edib.

Qalmaqal yaradan şəkillər ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan ziyafətdən sonra çəkilib. Messini ağuşuna alan qadının kimliyi hələ müəyyənləşməyib. Çikaqoda baş tutan xeyriyyə xarakterli oyundan sonra braziliyalı Ronaldonun Las-Veqasda təşkil etdiyi tədbirə qatılan Lionel yeni əyləncəsini də orada tapıb.