“Qarabağ” “Anortosis”ə baxanda, o qədər də qorxulu görünmür”
31.07.2013 - 12:37
“Gefle”nin tarixində ilk dəfə avrokuboklarda 2 mərhələ adlaması İsveçdə diqqətlərin bu komandaya yönəlməsinə səbəb olub. Apasport.az saytının məlumatına görə, bu baxımdan yerli jurnalistlərin Gevle təmsilçisinin son oyunları ilə bağlı fikirləri öyrənilir.
“Gefle”nin Azərbaycanda “Qarabağ”a qarşı şansları necədir” sualına “Aftonbladet”in əməkdaşı Robert Laul belə cavab verib: “Rəqib “Gefle”dən fərqli, yüksək reytinqə malikdir. Ona görə də komandamız daha zəif görünür. Meydanın mərkəzi onlarda Almeydanın nəzarətində olur. “Qarabağ” ilk dəqiqələrdən meydanda üstün tərəf olacaq. Yenə Sundsvalldakı “ev oyunu”nda nəsə etmək mümkündür. Ümid edirəm ki, Pelle Olssonun komandası azərbaycanlıları şoka salacaq. Ancaq özümün də buna inanmağım gəlmir”.
“Geflefantast”ın müxbiri Simon Ridell isə başqa cür düşünür: “Qarabağ” Kiprin “Anortosis” klubuna baxanda, o qədər də qorxulu görünmür. Biz artıq cavab matçında 4:0 qələbə qazanmaqla, kiprliləri ələ salmağı bacarmışıq. Deməli, bu, çox asandır, “Qarabağ”ı da keçmək olar! Sərfəli heç-heçə gözləyirəm”.
“Gefle SvenskaFans”ın redaktoru Matias Steen isə belə deyib: “Azərbaycan Premyer Liqası İsveç Allsevnskanından UEFA-nın reytinqində təxminən 10 pillə geridədir. “Qarabağ” Bakı komandaları “Neftçi” və “İnter”dən sonra çempionatı III pillədə başa vurub. Onlar Polşanın “Pyast” klubunu çətinliklə keçib. Səfərdə 1:1 heç-heçə bizim üçün yaxşı olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” matçı sabah saat 21:00-da Bakıda keçiriləcək.

0
0