“Qarabağ” texnikalı futbol oynayır”
31.07.2013 - 13:27
 “Qarabağ” texnikalı futbol oynayır”
“Qarabağ”a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Hədəfləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədikdən sonra doğru yerə gedəcəyimi düşündüm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Çumbinyo deyib.

2 illik müqavilə bağlayan 27 yaşlı futbolçu “Qarabağ”a gəlməsinin səbəbini klubun rəsmi saytına verdiyi açıqlamasında izah edib: “Bilirəm ki, “Qarabağ” texnikalı futbol oynayır. Onu da bilirəm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum “Qarabağ”a uyğun gəlməsəydi, məni komandada görmək istəməzdilər. “Qarabağ”a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Çumbinyo ötən mövsüm Yunanıstanın “Atromitos” klubunda çıxış etsə də, məşhur “Olimpiakos”a məxsus olub.