“Qarabağ”ın oyununda təyinat dəyişikliyi
31.07.2013 - 14:42
“Qarabağ”ın oyununda  təyinat dəyişikliyi
Avroliqanın III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gefle” (İsveç) qarşılaşmasına təyinatda dəyişiklik edilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, fransalı referi köməkçisi Cemel Zituninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Sərkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək

Beləliklə, təyinat bu şəkildə olub:
Hakimlər: Nikola Raynvill (Fransa), Stefan Luzi (Fransa), Sərkan Ok (Türkiyə), Sebastyen Desyaq (Fransa)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Kay Natri (Finlandiya)