“Mənə elə gəlirdi ki, Bakıda oyuna deyil, məşqə çıxırıq”
31.07.2013 - 14:51
“Azərbaycanda oynadığımız stadion təxminən 5 min tamaşaçı tutur. Lakin qarşılaşmalara 300-dən çox tamaşaçı gəlmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın ispaniyalı yarımmüdafiəçisi Mario Martines deyib.
Pireneyli legioner vətənində verdiyi açıqlamada yarım ildir çıxış etdiyi klubda gördüklərindən danışıb: “Buna uyğunlaşmaqla bağlı çətinliklə üzləşmişdim. Mənə elə gəlirdi ki, oyuna deyil, məşqə çıxırıq. Bakıda maşın sürməyə ürək eləmirəm. Burada hərəkət çox qorxuludur. Ölkəyə çatdığım ilk gündən buna təəccüblənmişdim. Sanki normal maşın sürmək qadağandır. Hər səhər paltardəyişmə otağında hamı bir-biri ilə görüşür. Bu da xeyli vaxt aparır. Gündə 6-7 dəfə ibadət edirlər. Hətta soyunub-geyinmə otağında da komanda yoldaşlarım bunu edir”.
Qeyd edək ki, Mario bu ilin yanvarında “Bakı”ya transfer olunub.

0
0