Rəşad Abdullayev “Rəvan”a keçir
31.07.2013 - 15:22
“Bakı”nın yeni transferlərindən olan, ancaq Yuri Fomenko və Əfran İsmayılov kimi serbiyalı baş məşqçi Milinko Pantiçin “qara siyahı”sına düşən Rəşad Abdullayevin yeni mövsümə hansı klubda başlayacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Abdullayev karyerasını digər paytaxt klubu olan “Rəvan”da davam etdirəcək.
Təcrübəli sağ cinah yarımmüdafiəçisinin “Bakı” ilə müqaviləsi olduğundan, “Rəvan” bu futbolçunun xidmətlərindən icarə qaydasında yararlanacaq. Futbolçu ən azı qışa kimi “sarı-qırmızılar”ın formasını geyəcək.
Qeyd edək ki, “Rəvan”dan bunu təkzib etməsələr də, futbolçu ilə hələ icarə müqaviləsinin bağlanmadığı bildirilib.

0
0