“Qəbələ”nin isveçrəli hücumçusu “Bakı”ya qarşı oynamayacaq
31.07.2013 - 16:29
“Qəbələ”nin yeni transferlərindən olan Daniyel Subotiç Premyer Liqanın ilk turunu buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb 24 yaşlı hücumçunun adının çempionatın sifariş ərizəsinə daxil edilməməyidir.
Bosniya mənşəli isveçrəli futbolçunun adının siyahıda olmamasının səbəbini “Qəbələ”nin baş meneceri Zaur Əzizovdan dəqiqləşdirdik: “Bəli, Subotiç ilk turda “Bakı”ya qarşı oynaya bilməyəcək. Onun sonuncu klubu “Volın” olduğu üçün Ukrayna Futbol Federasiyasından transfer vərəqi gəlməlidir. Yəqin ki, II turda onun adını sifariş etdirə biləcəyik”.
Qeyd edək ki, “Qəbələ” hücumçu kimi Viktor Mendi, Yannik Kamanan və Abdulvahid Afolabinin adını sifariş ərizəsinə daxil edib.
Səbuhi TOFİQOĞLU

0
0