Elnur Allahverdiyevə sonuncu xəbərdarlıq!
31.07.2013 - 16:35
Elnur Allahverdiyevə sonuncu xəbərdarlıq!
Elnur Allahverdiyev “Xəzər Lənkəran”dan qovula bilər. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyinin futbolçularla bu gün keçirilən iclasında millimizin müdafiəçisinə son xəbərdarlıq edilib.

Azarkeşlərlə tez-tez qalmaqal yaşayan və aldığı vərəqələrlə rəhbərliyin qəzəbinə tuş gələn Allahverdiyev oxşar hadisə təkrarlanarsa, “ağ-yaşıllar”dan kənarlaşdırılacaq.