Ağasəlim Mircavadovun gözlədiyi gün
31.07.2013 - 17:14
“Qarşıdakı Azərbaycan çempionatında yaxşı oyunlar gözləyirəm. İstərdim ki, öz futbolçularımızın daha yaxşı təsir bağışlasınlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis 2 gün sonra startı veriləcək XXII milli çempionatı səbirsizliklə gözlədiyini vurğulayıb.
“Çempionatın gərgin olması da lazımdır. 10 komandanın 9-u ölkədən kənarda təlim-məşq toplanışında olub. Bu, onu göstərir ki, klublar çempionata çox önəm verirlər və yaxşı haldır. “Bakı”, “Qəbələ”, “Neftçi”, “Qarabağ”ın transfer bazarında fəal olduğunu, xaricdə çoxlu oyunçu almalarını oxumuşam. Ancaq legioner gətirəndə, kəmiyyət yox, keyfiyyətinə baxmaq lazımdır” – deyə, Mircavadov bildirib.
66 yaşlı mütəxəssisin sözlərin görə, klublarda əsasən 3-4 legioner yüksək səviyyədə, qalanları yerli futbolçular olmalıdır: “Yəni bu şəkildə sintez eləməlisən. Bizim klublarda vaxt çatıb, imkan var ki, ortabab legioner olmasın, yüksək səviyyəliləri gətirsinlər. Onların az da - 3-4 nəfərin olmağı çox önəmlidir”.
Mehman SÜLEYMANOV

0
0