UEFA “Xəzər Lənkəran” klubunun cəzasını nə vaxt açıqlayacaq?
31.07.2013 - 23:01
“Beynəlxalq görüşlərdə cərimələrlə bağlı qərarlar bizdəki kimi verilmir”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
“Ağ-yaşıllar” Avropa Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”sinə 0:8 hesabı ilə uduzduğu oyunda azarkeşlər meydana kənar əşyalar atdılar ki, buna görə UEFA cənub təmsilçisinə cəza verəcək.
Qitə futbol qurumunun Nizam-İntizam Komitəsi bu məsələyə avqustun 22-də keçirəcəyi iclasında müzakirəyə çıxaracaq.
Nadirov kluba tətbiq olunacaq cəzanın da həmin vaxt gerçəkləşəcəyini gözləyir: “Qərar oyundan 1-2 gün sonra olmur. Avqustda bununla bağlı toplantı olacaq. Hansı klubun nə cəriməsi, sanksiyası var, bunu həmin vaxt tətbiq edəcəklər. Futbolçuların cəzası isə oyundan dərhal sonra gəlir”.
Mehman SÜLEYMANOV

0
0