“Bakı” “Qəbələ”dən üstündür
31.07.2013 - 18:41
Topaz Premyer Liqasının 2013-2014 mövsümünün açılış oyununda “Bakı” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu vaxta kimi komandalar 20 dəfə üz-üzə gəliblər.
12 oyunda rəqibindən üstün olan “Bakı” 4 qarşılaşmada məğlub olub, 4 oyunda isə bərabərə qalıb. “Zolaqlılar”ın “Qəbələ” üzərində ən böyük hesablı qələbəsi 3:0, ən böyük hesablı məğlubiyyəti isə 0-4 olub.
Komandalar arasında keçirilən oyunlarda 39 top vurulub. Bunlardan 25 top “Bakı”nın, 14 top isə “Qəbələ”nin aktivindədir.
Xatırladaq ki, Topaz Premyer Liqasının ilk turu avqustun 2-si, saat 18:30-da “Bakı”nın təlim-məşq bazasının stadionunda start götürəcək.

0
0