8-ci dəfə startda
31.07.2013 - 19:00
8-ci dəfə startda
Bu həftə - avqustun 2-də Topaz Premyer Liqasında yeni mövsümün startı veriləcək. Apasport.az saytının məlumatına görə, iştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq.

2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəlib. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən klub artıq 7 dəfə Premyer Liqada çıxış edib.

Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırıb. 2008/09 mövsümü isə uğursuz alınıb. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşıb.

“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşməyib. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar olub. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşüb. Komandanın 7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqlənib. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmayıb.

2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlanıb. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırıb. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı olub. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi.

Mövsüm yer O Q H M TOP X
2006/07 11 24 4 4 16 17-47 16
2007/08 6 26 11 3 12 33-36 36
2008/09 10 26 9 6 11 28-21 33
2009/10 5 32 13 10 9 36-36 49
2009/10, I mərhələ 22 10 6 6 24-21 36
2009/10, II mərhələ 10 3 4 3 12-15 13
2009/10, qızıl xallar 20 4 8 8 18-27 20
2010/11 7 32 13 12 7 31-18 51
2010/11, I mərhələ 22 8 7 7 19-14 31
2010/11, II mərhələ 10 5 5 0 12-4 20
2011/12 5 32 15 7 10 43-32 52
2011/12, I mərhələ 22 10 5 7 27-23 35
2011/12, II mərhələ 10 5 2 3 16-9 17
2012/13 6 32 10 8 14 32-40 38
2012/13, I mərhələ 22 9 5 8 26-27 32
2012/13, II mərhələ 10 1 3 6 6-13 6
Cəmi 204 75 50 79 220-230 275

Mənbə: gabalafc.az