Per Olsson: Belə tamaşa qurmaq olmazdı
31.07.2013 - 19:47
Per Olsson: Belə tamaşa qurmaq olmazdı
“Qarabağ”ın son avrokubok oyunlarını izləmişəm. Yaxşı təşkilatlanmış və fərdi cəhətdən yaxşı qurulmuş komandadır. Xüsusən arxa xətti yaxşıdır. Komandanın gücünə güc qatanlar isə Reynaldo və Riçard Almeydadır”. Apasport.az saytının məlumatına görə, bunu “Gefle”nin baş məşqçisi Per Olssson deyib.

Bu gün keçirilən mətbuat konfransında Olsson “Anortosis”lə oyundakı qələbədən də danışıb: “Biz mübarizə üçün meydana çıxacağıq. Bizdən fərqli, onların beynəlxalq oyun təcrübəsi və milli komanda üzvləri var. Biz isə 3-cü dəfə avrokuboklarda çıxış edəcəyik. “Anortosis”lə oyundan qabaq ya “Malmö” ilə oyuna yaxşı hazırlaşmalı və kirplilərlə görüşdə sadəcə bəxtimizi sınamalı idik. Biz bu variantdan yararlandıq və 4:0 qələbə qazandıq. Birinci dəfə sizdən eşidiriəm ki, bu oyunla bağlı UEFA araşdırma aparır. “Malmö” üzərində qələbə də göstərdi ki, “Anortosis” üzərində qələbə heç də təsadüf deyil. Kiprdən 50 azarkeş gəlmişdi və onlar məğlub olduqlarına görə məyus idilər. Belə tamaşa qurmaq olmazdı”.

Çalışdırıcı Bakıdakı oyunda məqsədlərini də açıqlayıb: “Əsas məqsədimiz qələbə qazanmaqdır. Hesabı oyunun gedişinə uyğun olaraq quracağıq. Əsas yaxşı futbol oynamaqdır. Yaxşı futbolu “Anortosis”lə matçda göstərdik və istədiyimiz nəticəyə nail olduq. Nəinki Bakıda, hətta İsveçdəki oyunda da məqsədimiz qələbə qazanmaqdır”.

Səbuhi TOFİQOĞLU