FİFA daha bir futbolçuya cəza verdi
31.07.2013 - 21:51
FİFA Taiti yığmasının futbolçusunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan oyunçunun ilkin cəza müddəti 30 gün təşkil edəcək.
Buna səbəb isə futbolçunun qanında qadağan edilmiş preparatın aşkarlanmasıdır. Belə ki, Braziliyada keçirilmiş Konfederasiyalar kuboku çərçivəsində Uruqvayla (8:0) oyun zamanı taitili oyunçu dopinq testindən müsbət keçə bilməmişdi.
Qeyd edək ki, avqustun 15-nə qədər futbolçunun və Taiti Futbol Assosiasiyasının FİFA-ya etiraz etmə hüququ var. Bundan sonra isə ali futbol qurumu qəti qərar qəbul edəcək.

0
0