İspaniya klubu CAS-dan bəd xəbər aldı
31.07.2013 - 22:25
Bu gün Lozannada İdman Arbitraj Məhkəməsi (CAS) “Rayo Valekano” ilə bağlı son qərarını verib. Apasport.az saytının məlumatına görə, CAS-dan sözügedən kluba bəd xəbər gəlib.
Belə ki, “Rayo Valekano”nun borcu olduğu üçün UEFA bu mövsüm ispanlara Avropa Liqasında iştirak etməsinə lisenziya verməyib.
Daha sonra bununla bağlı İspaniya Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə müraciət etsə də, CAS onlara rədd cavabı verib.
Beləliklə, bir mövsüm avrokuboklardan uzaqlaşdırılan “Rayo Valekano”nun yerinə Avropa Liqasında İspaniyanı ötən mövsüm La Liqada 9-cu yeri tutan “Sevilya” təmsil edəcək.

0
0