Ronaldo futbolu beysbola dəyişir
31.07.2013 - 23:07
 Ronaldo futbolu beysbola dəyişir
“Real”ın hücumçusu Kriştiano Ronaldo özünü digər idman növündə sınayacaq. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun futbolçusu Amerikanın MLB beysbol liqasında keçiriləcək “Los-Anceles Cocers” - “Nyu-York Yankiz” matçında ilk atış edəcək.

Bu haqda Portuqaliya millisinin futbolçusu “twitter”dəki profilində yazıb.

Qeyd edək ki, “Nyu-York Yankiz” 112 illik tarixində 27 dəfə ABŞ çempionu olub. Bu komandaların yarışları ölkədə klassik beysbol matçı hesab edilir. Onlar dünya seriyasında 11 dəfə üz-üzə gəlib.