“Xəzər Lənkəran” bu gün yoxlama oyunu keçirəcək
31.07.2013 - 23:24
“Xəzər Lənkəran” bu gün yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının I turu çərçivəsində avqustun 4-də “Sumqayıt”la səfərdə üz-üzə gələcək “Xəzər Lənkəran” mövsümün ilk matçına hazırlıq məqsədi ilə ikitərəfli yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, əvəzedici heyətdən 4-5 futbolçu əsas heyətə dəvət olunacaq və komanda iki hissəyə bölünəcək.

İki tərəfli oyunda baş məşqçi Con Toşak müxtəlif taktiki gedişləri yoxlamaq niyyətindədir.

Qeyd edək ki, ikitərəfli yoxlama oyunu avqustun 1-də saat 10:00-da stadionun yardımçı meydançasında baş tutacaq.

Mənbə: 12cioyuncu.info