“Beşiktaş”da yeni sima
31.07.2013 - 23:51
“Beşiktaş”da yeni sima
Bir müddət əvvəl “Sivasspor”dan Maykl Eneramonun keçidini rəsmiləşdirən
“Beşiktaş” yay “transfer pəncərəsi” dövründə sıralarını genişləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi bu dəfə PSV-dən Atiba Hatçinsonu sıralarına qatıb.

“Qara qartal” kanadalı yarımmüdafiəçinin ilinə 1 milyon, hər oyuna görə isə 10 min avro verəcək.

Eneramo açıqlamasında “Beşiktaş”a keçməsindən xoşbəxt olduğunu söyləyib: “2 il İsveçdə, 3 il Danimarkada oynadım. Sonuncu dəfə Hollandiyada idim. Mən hər mövqedə oynaya bilərəm”.

Karyerası ərzində “Helsinborq” və “Kopenhagen”in də şərəfini qoruyan 30 yaşlı kanadalı mərkəz yarımmüdafiəçisi funksiyasını yerinə yetirir.