Millimizin hücumçusunun komandası uduzdu
01.08.2013 - 00:06
Yığmamızın hücumçusu Cihan Özkaranın heyətində çıxış etdiyi “Sivasspor” Hollandiyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi sözügedən ölkədə 5-ci yoxlama oyununu keçirib.
“Neymeqen”ə (0:2) uduzan, “Qrafshap”la (1:1) bərabərə qalan, “Qou Ehed İqls”ə (2:1) və “Belenenses”ə (1:0) qalib gələn Sivas klubu bu dəfə Türkiyə PTT I liqası təmsilçisi “Kayseri Ərciyəsspor”la üz-üzə gəlib. Görüşdə Cihanın komandası 2:1 hesabı ilə uduzub.
Özkara isə bu matçda meydana start heyətdə çıxıb.

0
0