“Milan” hokkey hesabı ilə məğlub oldu
01.08.2013 - 01:10
“Mançester Siti” Almaniyanın Münhen şəhərində “Audi Cup-2013” turniri çərçivəsində “Milan”la yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, görüş “Alyans Arena”da baş tutub.
Matç hokkey hesabı ilə ingilis klubunun xeyrinə başa çatıb - 5:3. Bütün qollar isə ilk hissədə vurulub. “Mançester Siti”nin heyətimdə David Silva, Mayka Riçards, Aleksandar Kolarov hərəyə bir dəfə fərqlənib və Edin Dzeko dubl edib. “Milan”ın 2 topunu Stefan Əl-Şaraabi və digər 1 qolu isə Andrea Petanya “şəhərlilər”in qapısından keçirib.
“Audi Cup-2013” turniri
Yoldaşlıq oyunu
31 iyul
“Mançester Siti” - “Milan” – 5:3
Silva, 4, Riçards, 19, Kolarov, 22, Dzeko, 32; 36 – Əl-Şəraavi, 37; 39, Petanya, 43

0
0