Londonlular Beyl üçün “Real”la danışıqlara başlayacaq
01.08.2013 - 02:38
Londonlular Beyl üçün “Real”la danışıqlara başlayacaq
“Tottenhem” rəsmiləri komandanın yarımmüdafiəçisi Qaret Beylin transferi üçün “Real”la danışıqlara start vermək niyyətindədir. Apasport.az saytının məlumatına görə, ingilis klubdan ayrılmaq istədiyini söyləyən futbolçunun gələcəyi ilə bağlı London təmsilçisini prezidenti Daniel Levi açıqlamasında oyunçunun komandadan ayrılmayacağını bildirib.

Lakin “Real” rəsmiləri uelsli oyunçunun menecerlərini razı salmağı bacarıb. Bu söhbətlərdən sonra Beyl “Tottenhem”dən ayrılmaq istədiyini söyləyib. Onun bu qərarından sonra londonlular hərəkətə keçib.

Həmçinin məsələ ilə bağlı avqustun 6-da Levi və “Kral klubu”nun prezidenti Florentino Peres Floridada transfer haqda müzakirələr aparacaq. İngilislər Qareti əlverişli şərtlərlə satmaq istəyir. Bu şərtlərdən ən önəmlisi Levini nağd olaraq 91 milyon avrodan baha satmaqdır. “Tottenhem” tərəfi bundan başqa Fabio Koentrao və Angel di Maria isimlərinə də nikbin baxır. Yarımmüdafiəçini satmaqda tələsməyən Daniel yaxın günlərdə baş məşqçi Andre Vilyaş Boaşla klub planlaması məsləhətləşməsindən sonra onun keçidini gözdən keçirəcək.

Qeyd edək ki, Beyl ötən mövsüm Premyer Liqada 21 qola imza atıb.