“Bavariya” Braziliya klubunu 2 cavabsız qolla üstələdi
01.08.2013 - 02:48
“Bavariya” Braziliya klubunu 2 cavabsız qolla üstələdi
“Bavariya” doğma publika önündə “Audi Cup-2013” turniri çərçivəsində Braziliya “San-Paulo”su ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Alyans Arena”da reallaşan matçda Münhen klubu rəqibini məğlub etməkdə çətinlik çəkməyib.

Görüşdə almanlar 2:0 hesabı ilə qələbə qazanıb. “Bavariya”nın qollarına 55-ci dəqiqədə Mario Mandjukiç və 86-cı dəqiqədə Vizer imza atıb.

Qeyd edək ki, “Bavariya” finalda “Mançester Siri” ilə qarşılaşacaq.

“Audi Cup-2013” turniri
Yoldaşlıq oyunu
31 iyul

“Bavariya” - “San-Paulo” – 2:0
Mandjukiç, 55, Vizer, 86