“Real”ın müdafiəçisi baş məşqçilərini təriflədi
01.08.2013 - 05:04
“Real”ın təcrübəli müdafiəçisi Serxio Ramos komandanın yeni baş məşqçi Karlo Ançelottiyə tərif yağdırıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı oyunçu təcrübəli mütəxəssisinin “Kral klubu”nda uğur qazanacağına inandığını söyləyib.
Ramos jurnalistlərə açıqlamasında Ançelottinin dünyanın ən yaxşı baş məşqçilərindən biri olduğunu deyib: “Ançelottinin “Real”da uğur qazanacağına əminəm. Belə təcrübəli məşqçilər oyunçuların inkişaf etməsinə çox dəstək olurlar. Burada onunla birlikdə çempionluqlar yaşayacağıq”.
Serxio həmçinin Madrid təmsilçisinin yeni transferi İsko haqda da danışıb: “İsko çox qabiliyyətli bir oyunçudur. Onun gəlişi komandada daxili rəqabətin yüksəlməsinə səbəb olacaq”.

0
0