İspaniyalı hücumçu “Tottenhem”ə gedir
01.08.2013 - 05:42
İspaniyalı hücumçu “Tottenhem”ə gedir
İspaniyanın “Valensiya” klubunun üzvü Roberto Soldado “Tottenhem”ə keçmək üzrədir. Apasport.az saytının məlumatına görə , londonlular transferi reallaşdırmaq üçün “yarasalar”a 30 milyon avro ödəyəcək.

Keçid haqda “Valensiya”nın prezidenti Amadeo Salvo açıqlama verib:
"Tottenhem" bu məbləğin yarısını dərhal, qalan hissəsini isə müəyyən vaxt ərzində bizə ödəyəcək. Hazırda pulun qalan hissəsinin hansı yolla ödəniləcəyi müzakirə olunur. Yaxın günlərdə forvard İngiltərəyə gedəcək. O, tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalayacaq”.

Xatırladaq ki, 28 yaşlı hücumçu daha əvvəl “Osasuna”, “Hetafe” və “Real”ın da şərəfini qoruyub.