Fabio Kapello daha 5 il Rusiya yığmasında
01.08.2013 - 09:04
Fabio Kapello daha 5 il Rusiya yığmasında
Azərbaycan yığmasının cari seçmə mərhələdə rəqibi olan Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello 2018-ci ilə kimi postunda qalacaq. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis yaxın vaxtda milli ilə müqaviləsini 5 illiyə uzadacaq.

İtaliya mətbuatının yazdığına görə, həmyerlilərinin vəzifəsində qalmağını ölkə prezidenti Vladimir Putinin özü Rusiya Futbol İttifaqı qarşısında təkid edib.

Qeyd edək ki, təcrübəli çalışdırıcı 2012-ci il Avropa çempionatından sonra Rusiya yığmasının baş məşqçisi postuna keçərək, cari seçmə mərhələdə vahid liderdir.