Fərqli formatla növbəti həyəcan: XXII milli çempionat başlayır!
01.08.2013 - 11:47
Sabah futbol üzrə XXII Azərbaycan çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, növbəti mövsüm fərqli format və komanda sayı ilə başlayacaq.
Belə ki, “altılıq” sistemi ləğv olunduğu üçün Topaz Premyer Liqası 10 komandadan ibarət 4 dövrəli sistemlə keçəcək. Yəni, komandaların hamısı bir-biri ilə 4 dəfə qarşılaşacaq. Ancaq ötən mövsümdən fərqli, bu dəfə hər tur 6 yox, 5 oyun baş tutacaq. Əvvəlki sistemdə 32 tur olurdusa, bu dəfə 36 tur keçiriləcək. Deməli, oyunların sayı çoxaldığından, kuboku da nəzərə alsaq, təqvimdə sıxlıq olacaq.
Çempionat sabah yeganə görüşlə start götürəcək ki, onu da turun mərkəzi matçlarından saymaq olar. Hər halda, heyətini gücləndirən “Bakı” ilə “Qəbələ” qarşısına böyük məqsədlər qoyub, mükafatlara iddia edirlər.
Digər maraqlı oyun da paytaxtda baş tutacaq. Bu, ötən çempionatın gümüş və bürünc medalçıları “Qarabağ”la “İnter” arasında matçdır. Qurban Qurbanovun komandası Avropa Liqasında İsveçin “Gefle” klubu ilə oyunları arasında çempionatda startını təxirə salmaq istəməyərək, 1 həftədə 3 görüşə çıxacaq.
Son 3 mövsümün çempionu “Neftçi” mübarizəyə öz meydanında həmşəhərliləri AZAL-la başlayacaq. Turun yeganə Bakı derbisində tələbə-müəllim qarşıdurması olacaq. Düzdür, Çempionlar Liqasının uğursuzu “Neftçi” Böyükağa Hacıyevin baş məşqçi postundan gedişindən sonra məşqçilər korpusuna tapşırılıb. Ancaq hələ Hacıyevin vaxtında əsas köməkçisi kimi Tərlan Əhmədov iş başında olduğundan, yenə əsas məsuliyyət onun üzərinə düşəcək. Əhmədovun isə həm karyerasını AZAL-da bitirərək, uzun müddət kapitanı olmağı, həm də Sadıqovun rəhbərliyi altında millimizdə oynamağı maraqlı məqamdır. Digər tərəfdən, Sadıqov 2 müxtəlif vaxtda baş məşqçisi olduğu “Neftçi”dən sonra ölkəmizdə məhz AZAL-da çalışıb.
Avropa Liqasında mübarizəni öz meydanında 0:8 hesablı məğlubiyyətlə bitirən “Xəzər Lənkəran”ın necə start götürəcəyi maraq doğurur. “Simurq” – “Rəvan” oyununda ilk diqqəti çəkən məqam məkanla bağlıdır. Belə ki, matç Zaqatalada yox, Qəbələdə keçiriləcək. Bu da onunla əlaqədardır ki, “Simurq”un meydançası süni qazon dəyişdirildiyindən bir müddət təmirə bağlanıb. Ancaq bu, yalnız 1 ev oyunudur və zaqatalalılar avqustun sonunda öz stadionuna qayıdacaq.
2 avqust
18:30. “Bakı” – “Qəbələ”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
3 avqust
18:30. “Simurq” – “Rəvan”
Qəbələ. Şəhər stadionu
20:00. “Neftçi” – AZAL
Bakı. “Bakcell Arena” stadionu
4 avqust
18:30. “Sumqayıt” – “Xəzər Lənkəran”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
20:00. “İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu

0
0