“Simurq”u bəyənmədi, “Rapid”ə keçdi
01.08.2013 - 11:56
“Simurq” rəhbərliyi düşərgəsinə dəvət etdiyi rumıniyalı futbolçu Raul Kostinlə anlaşa bilməyib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirməyə üstünlük verib. Son klubu “Vaslui” olan Raul Buxarest “Rapid”inə keçib.
Mövsüm ərəfəsində 5 transfer gerçəkləşdirən “Rapid” “Xəzər Lənkəran”ın sabiq üzvü Katalin Domanı da heyətinə qatıb. 2010/11 mövsümündə Azərbaycan kubokunu qazanan yarımmüdafiəçi ölkəmizi tərk edəndən sonra “Arceş”də oynayırdı.

0
0