Adrian Patulea: Azərbaycan klubu məni istəyir
01.08.2013 - 13:15
Adrian Patulea: Azərbaycan klubu məni istəyir
“Rumıniyanın güclülər dəstəsində çıxış edən 2 klubdan konkret təklif almışam. Burada “transfer pəncərəsi” sentyabrın 2-də bağlanacağından, hələ qərar verməyə tələsmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri rumıniyalı futbolçu Adrian Patulea deyib.

29 yaşlı hücumçu Azərbaycanda oynamaq variantı üzərində fikirləşdiyini bildirib: “Daha 2 ölkədə oynamaq variantım var. Belə ki, Azərbaycan və Ukraynanın yüksək dəstəsinə mübarizə aparan klublar məni heyətində görmək istəyir. Hələlik onlardan heç birinə “yox” deməmişəm”.

Qeyd edək ki, AZAL-ın maraq dairəsində olan Adrian karyerası ərzində Rumıniyanın “Rapid”, “Farul”, “Astra”, “Tarqovitse”, “Petrolul”, “Astra”, “İaşi”, BƏƏ-də “Əl-Hamtiyə”, İngiltərədə “Linkoln”, “Leyton”, “Yeadinq” və “Hereford” klublarının formasını geyib.