“Syomin haqda bu cür düşünmək, böyük futbola hörmətsizlikdi” – MÜSAHİBƏ
01.08.2013 - 13:56
“Qəbələ” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az müsahibəsi
- Sabah Topaz Premyer Liqasında yeni mövsümə start veriləcək. Açılış oyununa nə dərəcədə hazırsınız?
- Komandanın çempionata nə dərəcədə hazır olub-olmadığına baş məşqçi Yuri Syomin cavab verə bilər. Pis-yaxşı deyə bilmərəm, amma məşqlərdə əlimizdən gələni etmişik. Baş məşqçinin dediyinə görə, çempionata pis hazırlaşmamışıq. Hər şeyi oyunlar göstərəcək.
- İlk turda iddialı “Bakı” ilə qarşılaşacaqsınız. Yeni baş məşqçilərin duelindən nə gözləmək olar?
- Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdı. “Bakı” güclü komandadı. Öz oyunumuzu oynayacağıq. Rəqib də çempionluq uğrunda mübarizə aparır.
- Transfer çalışmalarındakı fəallığını və hazırlıq prosesini nəzərə alsaq, komandanızı “Bakı”dan üstün hesab etmək olarmı?
- “Qəbələ”nin “Bakı”dan üstün olduğunu düşünmürəm. Hər iki komanda eyni gücdədir.
- Yayda heyətdə kifayət qədər dəyişikliklər oldu. Daha doğrusu, yeni futbolçuların sayı çoxdur. “Qəbələ”ni tam komplektləşmiş, yenilərin isə komandaya adaptasiya olduğunu düşünmək olarmı?
- Yenilərin hamısı komandaya uyğunlaşıb. Yüksək səviyyəli futbolçular transfer edilib. Fikrimcə, onlar komandaya kömək edə biləcəklər.
- Syomin sabahkı oyunda sizə ilk “11-lik”də şans verəcəkmi?
- Baş məşqçi hər an nəsə fikirləşir. Onun nə düşündüyünü deyə bilmərik. Əsas heyətdə və ya sonradan meydana daxil olmağın fərqi yoxdur. Vacib olan komandaya kömək etməkdi. Çempionat uzun marafondu, 36 tur var. Bütün oyunları eyni “11-lik”lə keçirmək mümkün deyil. Ölkə kubokunun oyunlarını da nəzərə alsaq, bunu bacarmaq çətindir. Ona görə də hər oyuna hazır olmaq lazımdır.
- Yuri Syomin kifayət qədər təcrübəli, eyni zamanda çalışdırdığı komandalarla uğur qazanmış mütəxəssisdir. Onun əsas tələbi nədən ibarətdir?
- Nizam-intizamı hər şeydən üstün tutur. Təbii ki, futbolçulardan da qələbə gözləyir və tələb edir. Mülayim insandır. Futbolçulara daim diqqət, qayğı göstərir. Meydanda hər kəsin boynuna bir yük düşür. Baş məşqçi də hər kəsin öz yükünü layiqincə daşımasını tələb edir.
- Rusiya və Ukrayna mətbuatı Syomini alkoqol düşkünü kimi də qələmə verir. Artıq bir aydır onunla birgə işləyirsiniz. Belə hallar müşahidə etmisinizmi?
- Hamısı yalandır. İndiyə qədər Syomindən heç söyüş də eşitməmişəm. Ancaq futbolçulara kömək etmək, nəyisə başa salmaq haqda düşünür. Digər yandan klub rəhbərliyini düşünmək lazımdır. Onlar buna heç cür imkan verməzlər. Üstəlik, Syomin haqda bu cür düşünmək ən azı böyük futbola hörmətsizlikdir.
- “Qəbələ” bu dəfə mükafatçılar sırasına düşə biləcəkmi?
- Bunu mövsümün sonunda görəcəyik. Biz çalışacağıq ki, komanda medalçılar sırasında yer alsın.

0
0