“Bakı”nın sabiq futbolçusu Polşa klubuna keçdi - FOTO
01.08.2013 - 14:25
Bu yay “Bakı”dan ayrılan Georgi Popxadze özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 1 il paytaxt təmsilçisinin şərəfini qoruyan 27 yaşlı gürcüstanlı karyerasını Polşada davam etdirəcək.
Belə ki, Milinko Pantiçin baş məşqçi postuna gəlməsindən sonra klubu tərk edən Popxadze “Yagelloniya” klubuna keçib. Sol cinah müdafiəçisi polşalılarla “2+1 il” sistemi ilə müqavilə imzalayıb. Bu klub cari mövsüm Polşa çempionatının ilk 2 turundan sonra xal itkisi ilə üzləşməyib.
Qeyd edək ki, Popxadze ötən mövsüm Topaz Premyer Liqasında 19 oyun keçirib.

0
0