“Neftçi”nin sabiq futbolçusundan maraqlı anlaşma
01.08.2013 - 14:52
“Neftçi”nin sabiq futbolçusundan maraqlı anlaşma
Azərbaycan milli çempionatının iştirakçısı olmuş Estoniya yığmasının futbolçusu Dmitri Kruqlov maraqlı anlaşma imzalayıb. Apasport.az saytının məlumatına görə, “İnter” və “Neftçi”nin sabiq sol cinah oyunçusu vətəninə qayıdaraq, “Levadiya”ya keçib.

29 yaşlı futbolçu ilin sonuna kimi müqavilə imzalasa da, orada olan bir maddəyə əsasən artıq bu ay klubdan gedə bilər. Buna razılaşan Tallin klubu Kruqlov sərbəst futbolçusu olduğundan, ona görə təzminat ödəməyib.

Qeyd edək ki, 2008-2011-ci illərdə ölkəmizdə oynayan, çempionatımızın bürünc medalçısı olan Dmitri son olaraq Rusiyanın “Rostov” klubunda idi. Yığmasında 84 matç keçirən futbolçu 2003-cü ildən 2005-ci ilə “Levadiya”da forma geyib.