Keniya yığmasının üzvü “Simurq”da - FOTO
01.08.2013 - 15:39
Keniya yığmasının üzvü “Simurq”da - FOTO
"Simurq" heyətini daha bir legionerlə gücləndirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışında baxışda olmuş Patrik Osiako artıq rəsmi müqavilə bağlayıb.

Növbəti 1 ildə keniyalı yarımmüdafiəçi Zaqatala təmsilçisinin uğurları üçün mübarizə aparacaq. 26 yaşlı futbolçu "Simurq"un heyətində "8" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Patrik Osiakonun son klubu İsrailin Beer-Şeva “Hapoel” kollektivi olub. Bundan əvvəl isə İsveçin "Myelbü", Rumıniyanın “Petrolul” klublarında çıxış edib. Osiako həmçinin Keniya yığmasının da üzvüdür. O, iyunda Nigeriya və Malavi millilərinə qarşı forma geyib.