Yığmamızın 5-ci cəhdi
01.08.2013 - 16:05
Yığmamızın 5-ci cəhdi
Sabah Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığması tarixində 5-ci dəfə bu yarışda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, Polşada keçiriləcək 8-ci seçmə qrupun oyunlarında Avstriya, Qazaxıstan və meydan sahibləri ilə qarşılaşacaq komandamız artıq 4 seçmə mərhələni arxada qoyub.

Bunların heç birində növbəti mərhələyə vəsiqə qazanmayan yığmamız cəmi 2 matçda qalib gəlib və 1 dəfə heç-heçə edib. 9 məğlubiyyəti olan komandamız ilk dəfə turnirə Siyasət Əsgərovun rəhbərliyi altında yollanıb. Bundan əvvəlki cəhdlərdə yığmamıza 2 dəfə şamil Heydərov, 2 dəfə isə almaniyalı Sissi Rayt rəhbərlik etmişdi.

17 yaşadək qızlardan ibarət yığmamız seçmə mərhələlərdə
mövsüm
yer
O
Q
H
M
T
X
2007/08
Polşa
3
1
0
2
2-7
3
2008/09
İtaliya
3
0
1
2
1-9
1
2011/12
Azərbaycan
3
0
0
3
1-12
0
2012/13
Avstriya
3
1
0
2
8-12
3
12
2
1
9
12-40
7