“Qarabağ”ı gözləyən nəhənglər - SİYAHI
01.08.2013 - 17:20
“Qarabağ”ı gözləyən nəhənglər - SİYAHI
“Qarabağ” Avropa Liqasının IV təsnifat mərhələsinə yüksələcəyi halda 31 potensial rəqibi olacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz İsveç “Gefle”si ilə duellərdən qalib ayrılmağı bacarsa, mümkün rəqiblərindən 12-si mübarizəyə bu mərhələdən başlayanlardır. Digər 19 komanda isə III təsnifat mərhələsinin qalibləridir.

Növbəti püşkatmada səpələnməmişlərdən olacaq “Qarabağ” – “Gefle” cütünün qalibini gözləyən 12 komanda isə Avropada kifayət qədər tanınanlardır: “Tottenhem” (İngiltərə), “Braqa” (Portuqaliya), “Spartak” (Moskva, Rusiya), “Dinamo”, “Dnepr” (hər ikisi, Ukrayna), “Fiorentina” (İtaliya), “Alkmaar” (Hollandiya), “Beşiktaş” (Türkiyə), “Genk” (Belçika), “Betis” (İspaniya), “Ayntraxt” (Almaniya), “Feyenoord” (Hollandiya).