Fransalılar millimizlə yenə bacarmadılar
01.08.2013 - 19:00
Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Fransa yığması ilə ikinci yoxlama matçına çıxıblar. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan matç yenə Faiq Qarayevin yetirmələrinin qələbəsi ilə başa çatıb.
Belə ki, ilk setdə 25:23 hesabı ilə qalib gələn komandamız növbəti hissəni 4 top öndə bitirib - 25:21. Üçüncü setdə isə fransalılar qələbə qazanıb. Hesab 17:25 qonaqların xeyrinə başa çatıb. Dördüncü setdə isə millimiz rəqibini 25:19 hesabı ilə məğlub edərək, matçın nəticəsini müəyyənləşdiriblər – 3:1.
Qeyd edək ki, fransalılarla ilk matçda da yığmamız 3:1 hesabı ilə qalib gəlmişdi. Onlardan öncə isə millimizin əvəzedici heyəti qonaqları 3:2 hesabı ilə məğlub etmişdi.

0
0